Leninqrad vilayəti İctimai Palatasının üzvü Vladimir Petrov qeyri-tibbi səbəblərdən peyvənddən imtina çağırışlarına görə hüquqi məsuliyyətin tətbiqini təklif edib.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, V.Petrov bununla bağlı ədliyyə naziri Konstantin Çuyçenkoya məktub göndərib. O, məktubunda analoji çağırışların insanlarda tərəddüd yaratdığını, oxşar tərəddüdlərin müəyyən işbazlara "meydan açdığını" qeyd edib. Petrov bu cür hərəkətlərin Cinayət Məcəlləsi üzrə qiymət almalı olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl oxşar təkliflərlə Rusiyanın Əməkdar vəkili İvan Soloviyev, Rusiya Federasiya Şurasının senatoru, Əməkdar həkim Tatyana Kusayko və başqaları çıxış ediblər.