Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan "Koka-Kola" şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.
C.Kuinsi bildirib: "İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir".
"Koka-Kola"nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi.