Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğu məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi də qoşulub.
Bu barədə Unikal.org-a qurumdan bildirilib.
Məlumata görə, agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.
Xatırladaq ki, qurumun 16 əməkdaşı 44 günlük Vətən müharibəsində iştirak edib.