Məşhur "Həbsdən qaçış" ("Prison break") serialının baş rol aktyoru Ventuort Millerə 1il əvvəl autizm diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə aktyor İnstaqram səhifəsində məlumat verib.
"Hamıda olduğu kimi, karantin məndən də bəzi şeyləri aldı. Bu, dəyişdirə biləcəyim bir şey deyil. Autizm həyatımın mərkəzində rol alır".
Qeyd edək ki, amerikalı rejissor Pol Şoyrinq tərəfindən lentə alınan ekran işinin ilk mövsümü 2005-ci ildə tamaşaçıların ixtiyarına verilib. "Həbsdən qaçış"ın 6-cı mövsümünün çəkilişləri isə pandemiyaya görə təxirə salınıb.