Müğənni Arda Han Almaniyadan gətirtdiyi "Lamborghini"yə görə cərimələnib.
Unikal.org istinadən xəbər verir ki, müğənninin lüks avtomobili bir müddətdir Türkiyədə olmasına baxmayaraq ölkəyə giriş-çıxış etdirmədiyi üçün yol polisi ona 160 min lirə (31 min manat) cərimə yazıb.
Avtomobili müsadirə olunan Arda cəzanı ödəyərək İnstaqram hesabında avtomobili ilə yenidən qovuşduğunu açıqlayıb.