Payızda nikah masasına oturacaq olan aktrisa Sevda Erginci sevgilisindən ayrılıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, evlilik hazırlığı görən cütlüyün ayrılmasına səbəb xəyanət olub. Belə ki, aktyor Yılmaz Kurtun başqa qadınla səmimi yazışmaları ortaya çıxıb.
Bundan sonra Sevda Yılmazla aralarında olan münasibətə son qoyub. Aktyorun yazışdığı qadın isə vəkil olub. Yılmaz qadına görüşmək və birlikdə tətilə çıxmağı təklif edib.
Hətta vəkil qadın aktyorun yazdığı bütün mesajları sosial şəbəkədə paylaşıb.