Türkiyənin Antalya şəhərinin Manavqat mahalında baş verə yanğınlar nəticəsində xeyli ev və təsərrüfata ziyan dəyib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğından zərər çəkənlərdən biri də tanınmış model və müğənni Tuğba Özaydır.
Model canlı yayım açaraq yanğının ona məxsus fermaya və evinə keçdiyini söyləyib. Canlı yayımda hönkür-hönkür ağlayan Özay dövlət qurumlarına səslənib:
“Yanırıq, fermamız yanır, hər yer yanır. Nə olar səsimizi eşidin. Daha çox yanğın təyyarəsi ayırın. Bütün dövlət rəsmilərinə səslənirəm. Fermamız, evimiz, kəndimiz, hər yer yanır”.
Daha sonra xəstəxana otağında çəkilmiş videosunu paylaşan müğənni iflic keçirdiyini söyləyib.
"Dostlar, iflic keçirmişəm. Dünəndən bəri yalvarıram, dəstək istəyirəm. Qollarım, heç bir yerim tutmur”,- deyə o söyləyib.
Qeyd edək ki, ötən gün Manavqatda 4 fərqli nöqtədə başlayan meşə yanğınları daha sonra ərazidəki evlərə və təsərrüfata keçib. Yanğının qarşısının alınması üçün əraziyə xeyli sayda canlı qüvvə, helikopter, təyyarə və yanğınsöndürən maşınlar cəlb edilib.