Xərçənglə mübarizəsi ilə tanınan "Neslican Tay"ın həyatını əks etdirən film üçün saçlarını qırxdıran aktrisa Naz Çağla Irmak diqqət çəkib.
Unikal.org xəbər verir ki, 24 yaşlı aktrisa bununla bağlı "Instagram"da paylaşım edib. İzləyiciləri aktrisanın bu cəsur hərəkətinə xoş özlər ünvanlayıblar.
Qeyd edək ki, "Dəmir qadın Neslican" filminin çəkilişləri davam edir. Xatırladaq ki, Naz Çağla "Kırgın Çiçəkler" serialı ilə daha da məşhurlaşmışdı.