Dünyaca məşhur müğənni Şakira vergidən yayınmaya görə həbs edilə bilər.
Unika.org xarici KİV-ə istinadən xəbər verir ki, hakim 3 il ərzində aparılan araşdırmalardan sonra 44 yaşlı müğənninin vergiləri ödməməsi ilə bağlı kifayət qədər sübutun olduğu qənaətinə gəlib.
İddialar öz təsdiqini taparsa, müğənni həbs oluna bilər.
Qeyd edək ki, İspaniyanın Barselona şəhər prokurorluğu 2019-cu ildə müğənninin 14,5 milyon avro dəyərində gəlir və əmlak vergisini ödəməməsinə görə məhkəmə iddiası qaldırmışdı.