Almaniyanın paytaxtı Berlində 5 minə yaxın adam icazəsiz aksiyalara qatılıb.

Unikal.org xəbər verir ki, onlardan 600-ü polis tərəfindən saxlanılıb.

Məlumata görə, "Covid-dissidentlər"in Berlin şəhərinin müxtəlif yerlərində ümumilikdə 13 nümayişi təşkil edilib. Onların qarşısını almaq üçün 2,2 min nəfər polis əməkdaşı səfərbər olunub.

Bəzi bölgələrdə, xüsusən şəhərin qərbində bir qrup etirazçının polis kordonunu yarmaq cəhdi toqquşmalara səbəb olub. Ümumiyyətlə, polis vəziyyəti nəzarət altında saxlamağı bacarıb. Su şırnaqları asayiş keşikçilərinin sərəncamında olsa da, onlardan istifadə etməyə ehtiyac olmayıb.

"İnsanların qadağan olunmuş aksiyalar üçün toplaşmasına icazə verməyəcəyik", - deyə Berlin polisindən bildirilib.