Banqkokda Taylandın Baş naziri Prayut Çan-Oça və onun hökumətinin pandemiya siyasəti əleyhinə etiraz aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, aksiyanın özəlliyi onun avtomobillərlə keçirilməsidir.

Şəhər küçələrinə axışan sürücülər səs siqnallarından istifadə etməklə və yüksək sürətlə hərəkət etməklə öz etirazlarını bildiriblər.

Nümayişçilərdən bəziləri avtomobil və motosikllərlə Baş nazirin iqamətgahı qarşısına toplaşıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.