"Əfqanıstan hakimiyyəti “Taliban”la sülhə və hakimiyyətin bölüşdürülməsinə hazırdır. Lakin “Taliban” tərəfindən müəyyən şərtlərə əməl edilməlidir".
Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
"Biz “Taliban”la işləməyə, onları hökumətə qəbul etməyə, onlarla sülhə hazırıq. Bunun üçün çox şərtimiz yoxdur. Real olaraq bir şərtimiz var - Əfqanıstanın gələcəyi ölkə daxilində əfqan xalqının azad iradəsi ilə həll edilməməlidir. Ölkəmizin xarici sərhədləri hər hansı bir ölkəyə təhlükə yaratmamalıdır Heç bir xarici terrorçu qüvvəmiz olmamalıdır", - Atmar deyib.
Onun sözlərinə görə, bu, "Taliban"la siyasi nizamlanmada ən vacib prinsipdir.
"Hökumətimiz, terroru dəstəkləməyi dayandırmaq şərti ilə, "Taliban"ın bir hissəsini qəbul etməyə hazırdır", - XİN rəhbəri əlavə edib.