Əslən livanlı olan bir kişi öz yas mərasimində oyanaraq ətrafdakıları şoka salıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bekaa əyalətinin El-Hirmil şəhərində baş verib.
Dəfndən əvvəl "mərhumla" vidalaşmağa gələn qohumları "ölünün" nəfəs aldığını və tərpəndiyini görüblər. O, dərhal xəstəxanaya aparılıb, həkimlər lazımi tibbi yardımı göstəriblər.
Kişi hazırda sağdır. Onun ölmüş kimi qeyd olunmasının səbəbləri araşdırılır.