Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Unikal.org-un məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.
B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə də rəqibi ilə bacarmayıb - 0:1. Beləliklə, 36 yaşlı karateçi gümüş medalla kifayətlənib.
***
16:20
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Unikal.org-un məlumatına görə, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
***
14:57
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Unikal.org-un məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.
5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.
13:40
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Unikal.org-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.
O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.
A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
*** 12:37
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Unikal.org-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.
Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.