Ankarada yaşayan 18 yaşlı Eda Nur Kaplan 15-ci mərtəbədən atlayaraq  intihar edib.  

Unikal.org xəbər verir ki, gənc qızın ölümünə səbəb iki gün əvvəl naməlum şəxslər tərəfindən təcavüzə məruz qalması  olub. Belə ki, Eda təcavüzə uğradığını polisə bildirib. Polis şübhəlilərdən birini həbs edib. Lakin o, sərbəst buraxılıb. Digərinin axtarış işləri isə  davam etdirilib.  

Dəhşətlisi budur ki, həmin şəxslər Eda Kaplanın qarşısına çıxaraq, onları  şikayət  etdiyinə  görə, qıza cinsi zorakılıq göstəriblər. Bundan sonra Eda anasına mesaj yazaraq, olanlara dözə  bilməyəcəyini  bildirib. Və bunun çıxış yolunu özünü binadan atmaqda görüb. 

18 yaşlı Eda aldığı bədən xəsarətlərindən yerindəcə keçinib. Qızın cəsədi isə tibbi ekspertizaya göndərilib. 

Edanın anasına yazdığı mesaj isə sosial şəbəkələrdə gündəmə səbəb olub. Gənc qızın istismara məruz qalması və  lazimi şəkildə qorunmaması insanların qəzəbinə səbəb olub. Ankara şəhər  Polis İdarəsi məsələ il bağlı cinayət  işi açıb.  Araşdırmalar davam etdirilir. 

Gülayə  Mecid