Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva Unikal.org-a bildirib
Onun sözlərinə görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib: "Səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir", - deyə Azərbaycan XİN sözçüsü əlavə edib.