Əfqanıstanın "Taliban"ın nəzarətində olmayan yeganə əyaləti olan Pəncşirdə bir neçə min nəfərlik əfqan ordusu toplanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pəncşirdəki əsgərlər Taliblərlə son damla qanlarına qədər döyüşməyə hazır olduqlarını bildiriblər.
"The Sun" nəşri yazıb ki, bu hərbçilər Britaniyanın elit Xüsusi Aviadesant Xidmətinin peşəkarları tərəfindən hazırlanmış qüvvələrdir.
Talibana qarşı savaşmağa hazır olanlar Pəncşirə dəvət edilib. Hazırda vitse-prezident Əmrulla Saleh Pəncşirdə məskunlaşıb və özünü ölkənin qanuni lideri elan edib:
"Müqavimətə qoşulun. Mən heç vaxt, heç vaxt və heç bir şəraitdə terrorçu taliblərin qarşısında əyilməyəcəm".
Ağarza Elçinoğlu