2 metr 34 santimetr boya malik olan ukrayna əsilli ABŞ vətəndaşı İqor Vovkovinski vəfat edib.
Unikal.org xəbər verir ki, 38 yaşlı ABŞ-ın ən hündür adamı bu gün səhər saatlarında dünyasını dəyişib. İqorun ölüm barəsində məlumatı ailəsi yayıb. Bildirilir ki, İqor ürək xərçəngindən əziyyət çəkirdi.
Son saatlarını ailəsi ilə birlikdə keçirən İqorun qəflətən halı pisləşib. O xəstəxanaya çatdırılsa da, həkimlər İqorun öldüyünü bildiriblər.