Türkiyənin Afyonkarahisar ərazisində kişi həyat yoldaşını və 2 yaşlı körpəsini silahla qətlə yetirib. Daha sonra isə intihar edib.
Unikal.org xəbər verir ki, Şuhut rayonunun Dadak kəndində baş verən hadisədə ata bir gün əvvəl 13 və 14 yaşlı oğlanlarını dağa heyvan sürüsünü otarmağı tapşırıb. Gecəni dağda keçirən yeniyetmə oğlanlar geri qayıtmaq istəyiblər. Belə ki, günorta saatlarında valideynlərinə telefonla zəng edən 14 yaşlı B.M. heç kimlə əlaqə saxlaya bilməyib, vəziyyəti bildirmək üçün bu dəfə qonşularına zəng vurub. Evə gedən qonşular qapını açanda qorxunc bir mənzərə ilə qarşılaşıblar.
Əraziyə jandarma qrupu cəlb olunub. Evdə 45 yaşlı Mehmet M, 36 yaşlı Hanife M. və 2 yaşlı Egemen M.-nın silahla vurulmuş cansız bədənləri aşkar edilib. Hər üç cəsəd tibbi ekspertizaya göndərilib. Məlum olub ki, ata Mehmet 13 və 14 yaşlı oğlanlarını evdən uzaqlaşdırıb. Və həmin gecəni həyat yoldaşını və oğlunu öldürərək intihar edib. Amma o, intihardan əvvəl 14 səhifəlik məktub yazıb və külli miqdarda pulu masaya qoyub.
Ekspertiza rəyindən sonra şəxslər həmin kəndə dəfn olunub. Dəfn zamanı Mehmet və Hanifenin ailə üzvləri arasında izdiham yaşanıb. Belə ki, Mehmetin qəbri ailəsindən uzaq bir yerdə salınıb.
Cinayətin baş vermə səbəbi araşdırılır.
Gülayə Mecid