ABŞ Tayvanın müdafiəsi üçün Çinlə yeni müharibəyə başlaya bilər.
Unikal.org xəbər verir ki, bunu "New Yorker" qəzetinə müsahibəsində amerikalı hərbi ekspert Elbric Kolbi deyib.
O, Çinlə savaş zamanı Vyetnamın ABŞ-ın yanında yer alacağını bildirib. Kolbi Tayvanın müstəqilliyinin təminatı məsələsinin Çinə qarşı müharibə üçün bəhanə kimi istifadə edəcəyini deyib:
"Yalnız Amerikanın müdaxiləsi adanın müstəqilliyini zəmanət altına ala bilər. Çin hökuməti Tayvanı ölkənin bir hissəsi sayır. Bu ölkə metodik olaraq hərbi gücünü artırır. Son 25 ildə Çinin hərbi büdcəsi illik 10% artıb. Vaşinqton Çindən sonra Rusiya və İranla qarşıdurmaya hazırlaşmağa başlayacaq".
Ağarza Elçinoğlu