Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının millət vəkili Zeynəb Gül Yılmazın avtomobilini saxlayan polislər cəzalandırılıb.
Unikal.org xəbər verir ki, onların yeri dəyişdirilib. Hadisə barədə açıqlama verən millət vəkili bildirib ki, polislərin cəzalandırılması barədə onun tələbi olmayıb. Bu onların rəisinin mövqeyi olub.
Qeyd edək ki, polis deputatın avtomobilini şikayətə görə saxlayıb. Polislər vəkili görəndə təəccüblənib. Ardınca deputat polisləri təhqir edib.