Hindistanın Uttarkxand ştatında hər il ənənəvi olaraq keçirilən “Baqval festivalı”nda 75-dən çox şəxs yaralanıb.
Unikal.org xəbər verir ki, “daş atmaq” festivalda iki qrupa yarılan şəxslər bir-birini daşlayır. Nəticədə azı 75 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yerli xalq yüzlərlə insanın izlədiyi müddətdə tökülən insan qanının müqəddəs olduğuna inanır. Qeyd edək ki, statin Ali Məhkəməsi 2013-cü ildə festivalın keçirilməsini qadağan edib.