İraqın şimalında keçirilən birgə əməliyyat (Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı) nəticəsində terrorçuların hədəfləri dəqiqliklə məhv edilib. 

Unikal.org Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat 200 kilometr dərinlikdəki Asos bölgəsində gerçəkləşdirilib. MİT-lə kordinasiyalı şəkildə həyata keçirilən əməliyyat zamanı havadan zərbələrlə terrorçulara aid sığınacaq, silah-sursat anbarları, mağaralardan ibarət ümumilikdə 28 hədəf məhv edilib.

Əməliyyatda 20-dən çox təyyarə iştirak edib.

Qeyd edilib ki, əməliyyat nəticəsində bölücü terror təşkilatının bölgədəki mövcudluğuna ağır zərbə endirilib:

"Türk Silahlı Qüvvələri tərəfindən ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizə, ən son terrorçu zərərsizləşdirilənə qədər davam ediləcəkdir".

Ağarza Elçinoğlu