Ukrayna xarici işlər naziri Oleq Nikolenko müavini Yevgeni Yeninin Ukraynanın Kabildəki təxliyə təyyarəsinin silahlı şəxslər tərəfindən qaçırılması ilə bağlı açıqlamasını təkzib edib.
Unikal.org xəbər verir ki, bu barədə "RBC-Ukrayna" xəbər verib.
"Kabildə və ya başqa yerdə qaçırılan hər hansı Ukrayna təyyarəsi yoxdur. Bəzi KİV tərəfindən təyyarə ilə bağlı tirajlanan məlumatlar həqiqətə uyğun deyil", - deyə Nikolenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın Əfqanıstandan təxliyə üçün göndərdiyi təyyarələr təhlükəsiz şəkildə ölkəyə qayıdıb. Bu günə qədər üç təxliyə reysi ilə 256 nəfər ölkəsinə qayıdıb.
***11:44
Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat verib.
Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb:
"Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub".
Qeyd edək ki, keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə heç bir məlumat verilməyib.
Ağarza Elçinoğlu