Türkiyənin Balıkəsir şəhərinin Edremit rayonunun Qaz dağında dünən başlayan meşə yanğını hələ də davam edir.
Unikal.org xəbər verir ki, 17 helikopter, 4 təyyarə və 250-yə yaxın işçi heyəti bütün gecə yanğını söndürməyə çalışıblar.
Səhər saatlarında həmin ərazidə yenidən ağ tüstü qalxıb və hadisə yerinə helikopterlər cəlb olunub.
Yanğının gün ərzində nəzarət altına alınacağı gözlənilir.