Rusiya ilə strateji müttəfiqlik respublikanın təhlükəsizlik arxitekturası üçün dayaqlardan biridir.

Unikal.org xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Razılaşma çərçivəsində Rusiya hərbi bazasının imkanlarının təmini davam etdirilir. Sünik (Zəngəzur) vilayətində 102-ci bazanın dayaq məntəqələri yaradılıb, bəzi sərhəd məntəqələrində Rusiya sərhədçiləri mövcuddur”, - deyə  Nikol bildirib.

Paşinyan Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhəd problemlərinin müzakirəsinə cəlb edildiyini söyləyib.