İsrail əsgərləri çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilindəki Nablus şəhərində 17 yaşlı bir fələstinli gənci öldürüblər.
Unikal.org xəbər verir ki, bu barədə Fələstinin rəsmi səhiyyə orqanı məlumat verib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin təcili yardım və ilk yardım direktoru Əhməd Cibril jurnalistlərə Emad Haşaş adlı gəncin Nablus yaxınlığındakı Balata qaçqın düşərgəsindən olduğu haqqında məlumat verib.
Bildirilib ki, İsrail ordusu qüvvələrinin İsrail təhlükəsizlik qüvvələri tərəfindən səhər saatlarında qaçqın düşərgəsinə edilən hücum (axtarışda olan fələstinliləri tapmaq üçün) nəticəsində Haşaş adlı yeniyetmə ölüb.
Yeniyetmənin öldürülməsi ilə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.
Ağarza Elçinoğlu