Çinin ən böyük səhralarından sayılan, sahəsi 42,2 min kvadrat km. olan Mu-Us səhrası 70 illik zəhmətin ardından tamamilə xəritədən yoxa çıxıb.
Unikal.org xəbər verir ki, hazırda bu ərazinin 93%-i yaşıllıqdan ibarətdir.
70 il öncə kollektiv təşəbbüs nəticəsində ərsəyə gələn layihə görənləri heyrətə gətirir. Yerli sakinlərin sözlərinə görə, yaşıllaşdırma işləri əvvəlcə ərazini qum fırtınalarından qorunmaq üçün aparılırdı. Hazırda bu problem həll olunub, hətta məşğulluq səviyyəsi də artıb.