ABŞ dünya ölkələrinə təxminən 110 milyon doza COVID-19 infeksiyası əleyhinə peyvənd göndərib.
Unikal.org xəbər verir ki, bu barədə Sinqapurda səfərdə olan ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlayıb.
ABŞ rəsmisi əlavə edib ki, vaksinin 23 milyonu Cənub-şərqi Asiya ölkələrinin payına düşür.
“Söhbət pulsuz peyvəndlərdən gedir”, - deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.