“Taliban” hərəkatı Türkiyə əsgərlərini Əfqanıstanda görmək istəmədiyini açıqlayıb.
Unikal.org-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, "Taliban" Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: "Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik".
“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.
Qeyd edək ki, “Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.