Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 230 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 293 037 nəfər test edilib, onların 19 191-nin koronavirus testi pozitiv nəticə verib, 15 373 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 90 405 737 peyvənd tətbiq edilib ki, bunun 75,16 faizi birinci mərhələ vaksinasiya olunanlardır.