"Bütün əcnəbilərin 31 avqusta qədər təxliyə edilməsini istəyirik. Türk əsgərlərinin Kabil Hava limanında olmasına ehtiyac yoxdur. Hava limanını özümüz qoruyacağıq. Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin burada olmasını istəmirik".
Unikal.org xəbər verir ki, bu barədə "Taliban" sözçüsü Zabiullah Mücahid, ölkədəki son vəziyyətlə əlaqədar yerli və xarici mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, ABŞ hərbçilərinin də avqustun 31-də Əfqanıstandan çıxarılması gözlənilir.
Türkiyə Prezidenti Ərdoğan, ötən gün İngiltərənin Baş naziri Boris Johnson ilə görüşündə bildirib ki, Türkiyənin Əfqanıstanda hazırkı prioriteti vətəndaşlarının təxliyəsidir. Uyğun şərtlər yaranarsa, Kabil Hava Limanının təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətlərini davam etdirə biləcəklərini də istisna etməyib.
Qeyd edək ki, "Taliban" Türk əsgərlərinin Əfqanıstanda qalmasına birmənalı olaraq etiraz edib.
Ağarza Elçinoğlu