Yaponiyanın Fukuoka şəhər məhkəməsi, dəstə üzvlərinin 1 nəfəri öldürdüyü və 3 nəfəri yaraladığı üçün "Kudokai" bandasının lideri 74 yaşlı Satoru Nomuranı edam cəzasına məhkum edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Kudokai" dəstəsinin üzvlərinin 1998-2014-cü illər arasında hücumları həyata keçirdiyi, balıqçılıq kooperativinin keçmiş başçısının güllələndiyi, tibb bacısı və keçmiş polis məmuru da daxil olmaqla üç nəfərin yaraladığı bildirilib.
Beləliklə, hücumları əmr etdiyinə Nomuranın edam cəzasına məhkum edilib.
Nomuranın vəkillərinin məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyi gözlənilir.
Gülayə Mecid