Əfqanıstanda Talibanın nəzarətə götürdüyü Kabul Hava Limanından uçuşlarla təxliyə əməliyyatları davam edir.
Unikal.org xəbər verir ki, İngiltərə Xarici İşlər Naziri Dominik Raab son 24 saat ərzində Kabildən 2 min insanın təxliyə edildiyini açıqlayıb.
Raab, İngiltərənin həyata keçirdiyi evakuasiya əməliyyatı çərçivəsində Əfqanıstandan çıxarılmış və təhlükəsiz keçid alan insanların sayının 9 mindən çox olduğunu ifadə edib.
Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin dünən etdiyi açıqlamada 14 avqustdan bəri Əfqanıstandan 58.700 nəfəri təxliyə etdiyi bildirilib.
Gülayə Mecid