Estoniya Prezidenti Kresti Kalyulayd Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük perspektivləri barədə danışıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, K.Kalyulayd Ukraynanın Avropa İttifaqına daxil ola bilməsi üçün 20 il çalışmalı olduğunu deyib.

"Ukraynanın Avropa İttifaqına üzv olması üçün 20 il işləməyi lazımdır. NATO-ya isə Ukraynanın ərazilərini geri almadan daxil olması mümkün deyil", - deyə prezident qeyd edib.

Ağarza Elçinoğlu