Cənubi Koreya hökuməti ABŞ-ın "Facebook" və "Netflix" şirkətlərini konfidensiallıq qaydalarını pozmaları ilə əlaqədar ümumilikdə 5,7 milyon dollara yaxın məbləğdə cərimələyib.
Unikal.org xəbər verir ki, bu barədə Koreyanın Fərdi məlumatların mühafizəsi komissiyası məlumat verib.
Qeyd olunub ki, "Facebook" 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrınadək istifadəçilərin razılığı olmadan biometrik şablonların yaradılması və saxlanmasına görə 5,5 milyon dollar cərimə ödəməli olacaq. Bundan başqa, şirkət vətəndaşların fərdi identifikasiya nömrələrinin toplanmasında ittiham olunub.
Eyni zamanda, "Netflix" platforması 5 milyon Cənubi Koreya vətəndaşının məlumatlarının toplanması və ölkə xaricinə ötürülməsində ittiham olunaraq 188,5 min dollar məbləğində cərimələnib.
Ağarza Elçinoğlu