Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsud "Taliban"la danışıqlarda Rusiyanın vasitəçi olacağına ümid etdiyini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
"Düşünürəm ki, Moskva bizimlə "Taliban" arasında təcili sülh danışıqlarının aparılmasına kömək edə bilər. Bu mümkündür və bizə kömək ediləcək”, - deyə Məsud qeyd edib.
Onun sözlərinə görə, indiyə qədər o və tərəfdarlarının Rusiya ilə heç bir əlaqəsi olmayıb.
Ağarza Elçinoğlu