Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Unikal.org Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.

Qeyd edək ki, bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib.