Çinin şimal-qərbində, Tsinxay və Qansu əyalətlərinin qovşağında 5,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Honq Konq Rəsədxanasının Seysmoloji Şəbəkəsi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:38-də qeydə alınıb.
Onların episentri Yumen şəhərindən (Qansu vilayəti) 230 km cənub -qərbdə yerləşib.
Ölənlər və dağıntılar barədə məlumat verilməyib.