Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb. 

Unikal.org xəbər verir ki, hərbi helikopter 50 metr səmaya qalxdıqdan az sonra sonra qəza enişi edib. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alanlardan biri Verakruz əyalətinin daxili işlər naziri Erik Kisnerosdur. Onun vəziyyəti sabit qiymətləndirilir.

Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Pilot fırtına səbəbindən helikopterə idarəetməni itirib.

Ağarza Elçinoğlu