"Taliban" ölkəni nəzarətə götürdükdən sonra Əfqanıstanda hadisələr susmaq bilmir. Belə olaylardan biri də tanınmış jurnalistin parçalanaraq öldürülməsi dünya mətbuatında gündəm yaradıb.
Unikal.org xəbər verir ki, "Reuters"in fotoqrafı Pulitser mükafatlı Daniş Siddiqi "Taliban" qurbanı olub. Fotoqraf "Taliban" və Əfqanıstan qüvvələri arasındakı qarşıdurmanı şəklini çəkərkən yaralanıb.
Bildirilir ki, o,yaralandıqdan sonra girov götürülüb. İki uşaq atası olan Daniş Siddiqinin "Taliban"lar tərəfindən amansızcasına öldürülüb. Hətta onlar öldürdükləri jurnalistin üstündən maşınla keçiblər. Siddiqinn cansız bədəni parçalara ayrılıb.
Məşhur jurnalistin vəzifə başında vəhşicəsinə öldürülməsi dünya mediasını ayağa qaldırıb.
Gülayə Mecid