Rusiya Müdafiə Nazirliyinə aid daha iki "İl-76" təyyarəsi Əfqanıstandan təxliyyə edilən insanları Moskva yaxınlığındakı Çkalovski hava limanına endirib.
Unikal.org xəbər verir ki, təyyarədə əksəriyyəti Əfqanıstan əsilli Rusiya vətəndaşları olan təxminən 100 nəfər olub.
Evakuasiya edilənlərdən biri jurnalistlərə 5 ay Əfqanıstanda qaldığını söyləyib. O, qohumlarını ziyarət etmək üçün oraya getdiyini, ancaq "siyasi vəziyyətə görə" qayıda bilmədiyini deyib. O, Moskvaya gəldikdən sonra təəssüratlarını "Tass"a bildirib:
"Bura soyuqdur. Həm də bir təhlükəsizlik hissim var".
Beləliklə, Rusiya Müdafiə Nazirliyinin Əfqanıstanda insanları təxliyə etmək üçün göndərdiyi dörd təyyarənin hamısı geri qayıdıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, prezident Vladimir Putinin göstərişi ilə 4 hərbi nəqliyyat təyyarəsi ilə Rusiya vətəndaşları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr və Ukrayna vətəndaşları olan 500-dən çox adamı Əfqanıstandan təxliyə edib.
Ağarza Elçinoğlu