ABŞ-da bütün hərbçilər üçün vaksinasiya məcburi olub.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austinin Silahlı Qüvvələrə göndərdiyi sənəddə qeyd edilib.
"Tibb mütəxəssisləri və hərbi səlahiyyətlilərlə apardığım müzakirə və Prezidentin də dəstəyi ilə COVID-19-a qarşı məcburi vaksinasiyanın Amerika xalqını müdafiə etmək və ordunu qorumaq üçün lazım olduğuna qərar verdim”, - deyə sənəddə bildirilib.
Nazir silahlı qüvvələrdə vaksinasiyadan keçməyənlərə dərhal peyvənd vurulması barədə təlimat verib.
Pentaqon sözçüsü Con Kirbi hərbçilərə "Pfizer-BioNTech" vaksini vurulacağını bildirib. Müdafiə naziri əlavə edib ki, bugünədək ordunun 68 faizi peyvəndlənib.
Ağarza Elçinoğlu