"Kanal D" ekranında yayımlanan "Arka Sokaklar" serialının "Hüsnü Çoban"ı imicində illər sonra dəyişikliklər edib.
Unikal.org xəbər verir ki, məşhur aktyor Özgür Ozan geyim tərzində və saçında etdiyi dəyişikliklərlə diqqət çəkib. Belə ki, Özgür Ozan bunu yeni serial çəkilişləri üçün etdiyini bildirib. Aktyorun izləyiciləri həmin fotolara "Sən daha cavansan" şərhini yazıblar.
Qeyd edək ki, "Hüsnü Çoban"ın "Arka Sokaklar" serialından ayrıldığı iddia olunur.
Gülayə Mecid