Payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli olacaq.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinq zamanı bildirib. ÜST sözügedən canlı yayımı "Twitter" üzərindən aparıb.

"Növbəti üç ay gələcək pandemiyaya hazırlığın təmin edilməsi və buna reaksiya tədbirlərinin təşkili üçün kritik bir dövr olacaq", - deyə ÜST rəhbəri bəyan edib.

Təşkilat rəhbəri onu da əlavə edib ki, dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayı ilə bağlı vəziyyət sabitləşib:

"Lakin bu sabitlik çox yüksək səviyyədədir — 4,5 milyondan çox yoluxmavə 68 min ölüm".

Ağarza Elçinoğlu