"Şərəfli, rasional və sağlam düşüncə prinsiplərinə əsaslanan balanslı, aktiv və ağıllı bir diplomatiyaya riayət etmək əzmindəyik".
Unikal.org xəbər verir ki, bunu İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi "Twitter" hesabında yazıb.
Yeni dövrdə İranın xarici siyasət üstünlüklərinə işarə edən Abdullahiyan bildirib ki, qonşu ölkələr və Asiya İranın əsas prioritetidir.