Türkiyənin Muğla şəhərində dəhşətli ailə faciəsi baş verib.
Unikal.org xəbər verir ki, 29 yaşlı H.P. mübahisə etdiyi anasını əvvəlcə boğub, daha sonra isə 15 bıçaq zərbəsi vuraraq öldürüb. Belə ki, cani övlad anasını öldürdükdən sonra saatlarla onun cansız cəsədini izləyib. Dava zamanı evdən qışqırıq səsləri eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polis isə şəxsi yerindəcə həbs edib.
O, polis bölməsinə aparılıb. 29 yaşlı H.P. ilkin dindirilmə zamanı qəribə ifadə verib. Belə ki, "Heç nə xatırlamıram, bunu niyə etdiyimi də bilmirəm" - deyə açıqlama verib. Şəxsin barəsində qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Gülayə Mecid