Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı Fuad Hüseynlə görüşüb.
Unikal.org xəbər verir ki, Çavuşoğlu bu barədə Tvitter səhifəsində paylaşım edib.
Görüş M.Çavuşoğlunun İraqa Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında iştirak üçün etdiyi səfər çərçivəsində gerçəkləşdirilib.
“İraqın təhlükəsizliyinə və sabitliyinə dəstək olmağa davam edəcəyik”, - Çavuşoğlu qeyd edib.