ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava zərbəsi zamanı dinc sakinlər arasında tələfat və ya xəsarət alan olmayıb. Pentaqon təmsilçisi, general-mayor Uilyam Teylor bildirib ki, hava zərbəsi nəticəsində həmçinin daha 1 terrorçu yaralanıb.