Elm adamları müəyyən edib ki, Günəşdə baş verən partlayışların dünyada internetin fəaliyyətində problemlər yaranacaq.
Unikal.org "Daily Mail"ə istinadən xəbər verir ki, bu, ABŞ-da aparılan araşdırmalar nəticəsində bəlli olub.
ABŞ-ın Kaliforniya Universitetinin professor Sangeta Abdu Yothi bildirib ki, planetimiz qlobal internet kəsintisi problem ilə qarşı-qarşıyadır. Alimin sözlərinə görə, sözügedən proses 10 il ərzində baş verə bilər. Bu versiyanın baş tutması ehtimalı isə 12 faiz təşkil edir.